Azyaşlilar üçün hazirlanan dərslikdə daha bir biabirçi səhv – FOTOFAKTbackend

Azyaşlilar üçün hazirlanan dərslikdə daha bir biabirçi səhv – FOTOFAKT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daha bir nöqsana II sinif şagirdləri üçün nəzərdə tutulmuş “Azərbaycan dili” test kitabında yol verilib. “Damla” nəşriyatının məhsulu “Yarpaq test” kitabında verilmiş suallardan biri azyaşlıları və valideynləri çaş-baş salıb.

Test sualında qeyd olunub: “Aşağıdakı cümlədə “insanlar” sözünü hansı sözlə əvəzləmək olar: “Bizim məhəllədə yaşayan insanlar çox mehribandır.
a) qoşun b) ordu c) sürü

Qeyd edək ki, cavab kimi təqdim edilən variantlardan heç biri “insanlar” sözünün əvəzində işlənə bilmir.

Valideynlərdən biri kitabın nöqsanlı səhifəsinin fotosunu sosial şəbəkədə paylaşıb və digər istifadəçilər birmənalı şəkildə tərtibatçıları tənqid edib.

Qeyd edək ki, “Damla” nəşriyyatının rəsmi saytında 2-ci sinif şagirdləri üçün nəzərdə tutulan Azərbaycan dili fənnindən yarpaq test vəsaitinin Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təstiq edilmiş proqram əsasında tərtib edilmiş dərslik və proqrama uyğun olaraq hazırlandığı qeyd olunub. (A24.Az)

Azyaşlilar üçün hazirlanan dərslikdə daha bir biabirçi səhv – FOTOFAKT

Interpress.Az