Keçmiş deputatlığa namizədin məhkəməsi başlayıb – Zorlama maddəsi ilə…backend

Keçmiş deputatlığa namizədin məhkəməsi başlayıb – Zorlama maddəsi ilə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində zorlama maddəsi ilə məhkum olunan, Milli Dirçəliş Hərəkat Partiyasından deputatlığa namizəd olmuş şəxs hakim qarşısına çıxarılacaq.

Interpress.Az xəbərinə görə, cinayət məcəlləsinin 149.2.4-cü (zorlama; zərərçəkmiş şəxsi və ya başqa şəxsləri öldürmə və ya sağlamlığa ağır zərər vurma hədəsi ilə, habelə xüsusi amansızlıqla törədildikdə), 29,149.2.4, 149.2.5 və 150.1-ci maddəsi ilə təqsirləndirilən Zərbalıbəyli Məsləhət Hacağa oğlunun məhkəmə prosesi yanvar ayının 10-da hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, 1987-ci il təvəllüdlü Zərbalıbəyli Məsləhət Hacağa oğlu 2015-ci ildə Milli Dirçəliş Hərəkat Partiyası tərəfindən 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkilliyinə namizəd olub. İxtisasca hüquqşünasdır.

MDHP-nın sədri Milli Məclisin deputatı, keçmiş prezidentliyə namizəd Fərəc Quliyevdir.