İranda qarlı hava yol qəzalarını artırdı – 13 ölü, 25 yaralıbackend

İranda qarlı hava yol qəzalarını artırdı – 13 ölü, 25 yaralı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzalarla bağlı İranın Həmədan vilayəti Yol Polisi İdarəsinin rəis polkovniki Rza Əzizinin sözlərinə görə, ötən gecə Həmədanda baş verən 4 yol-nəqliyyat hadisəsi zamanı 4 nəfər həlak olub.

Digər 9 nəfər isə İranın Cənubi Xorasan və Şimali Xorasan vilayətlərində baş vermiş yol-nəqliyyat hadisələri zamanı ölüb.

Qeyd edək ki, son günlər İranda qar və yağışlar nəticəsində yol qəzalarının sayı artıb. (trend)

Interpress.Az