“Gallup”: ABŞ-ı tərk etmək istəyən vətəndaşların sayı rekord həddə çatıbbackend

“Gallup”: ABŞ-ı tərk etmək istəyən vətəndaşların sayı rekord həddə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Gallup” sosioloji xidmətinin keçirdiyi sorğu nəticəsində bu qənaət əldə edilib.

Nəticəyə əsasən, rəyi soruşulan ABŞ vətəndaşlarının 16 faizi ölkəni tamamilə tərk etmək istədiklərini bildirib.

Xidmət qeyd edib ki, bu göstərici Donald Trampın prezidentliyi dövründə ən yüksək həddə çatıb. Onun sələfi Barak Obamanın hakimiyyəti dövründə oxşar rəy sorğusunun nəticəsində, əsasən, respondentlərin 10 faizi ABŞ-ı birdəfəlik tərk etmək istədiklərini bildirmişdi. Kiçik Corc Buşun dövründə isə bu rəqəm 11 faiz olub.

Məlumata görə, sorğu 2017-2018-ci illərdə ABŞ-ın 15 yaşdan yuxarı vətəndaşları arasında keçirilib.

Interpress.Az