Dilənçilər qızıl oğurlayarkən yaxalandıbackend

Dilənçilər qızıl oğurlayarkən yaxalandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Interpress.Az -a verilən məlumata görə, Şəki rayonu Zunud kənd sakini Arif İdrisov polisə məlumat verərək evindən pul və qızıl-zinət əşyalarının oğurlandığını, cinayəti törədən şəxsləri elə özü həyətdən çıxmaq istəyərkən tutub saxladığını bildirib.

Soyğunçuluğu edən şəxslərin Yevlax rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazdı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib. Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evə qanunsuz daxil olaraq oradan 1166 manat pulu və qızıl-zinət əşyalarını götürüb evdən çıxmaq istəyərkən ev sahibi A. İdrisov tərəfindən yaxalanıblar.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Interpress.Az