Sanksiyalara rəğmən İran yeni neft bazarları tapıbbackend

Sanksiyalara rəğmən İran yeni neft bazarları tapıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İranın neft nazirinin müavini Əmir Hüseyin Zamaniniyə bəyan edib. Onun sözlərinə görə, ABŞ-ın İrandan konkret həcmdə neft idxalına möhlət verdiyi ölkələr sanksiyalardan şikayət edirlər və daha çox neft ala bilmirlər. Lakin buna rəğmən, İran özünə yeni neft bazarları tapıb.

“Çin, Hindistan, Yaponiya, Cənubi Koreya və İrandan neft idxalına görə ABŞ-dan möhlət alan digər ölkələr İrandan bir barrel də olsun daha çox neft idxal etmək istəmirlər. Amma ABŞ-ın İran neft bazarına təzyiqlərinə baxmayaraq, rəqabətli bazar, tamah və daha çox mənfəət qazanmaq kimi səbəblərə görə İran neftinin potensial alıcılarının sayı əhəmiyyətli dərəcədə artıb” – Hüseyin Zamaniniyə vurğulayıb.

Lakin o, İran neftinin yeni alıcılarının kim olduğunu deməyib. (Azvision)

Interpress.Az