Azərbaycanda ŞOK OLAY – Dilənçi cildində həyətə girdilər, iti zəhərləyib evi taladılar – VİDEObackend

Azərbaycanda ŞOK OLAY – Dilənçi cildində həyətə girdilər, iti zəhərləyib evi taladılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az Xəzər TV-yə istinadən xəbər verir ki, hadisə Şəkinin Zunud kəndində olub.
Kənd sakini Arif İdrisov bildirir ki, həmin gün səhər həyət qapısını iplə bağlayaraq anası ilə bazarlığa gediblər.
Geri qayıdanda tanımadıqları iki qadını həyətlərində görüblər.
Əvvəlcə onlar özlərini dilənçi kimi göstərsələr də, sonradan ogurluq məqsədi ilə evə girdikləri məlum olub.
Qadınlar evdə heç kimin olmadığını biləndən sonra itə dərman verərək zərərsizləşdiriblər. Ondan sonra işlərini
görüblər.
Qadınlar həm ev sakinlərinin, həm də qonşuların köməyi ilə tutularaq polisə təhvil verilib.
Şəki rayon polis şöbəsi əməkdaşları tərəfindən aparılan ilkin araşdırmalarla soyğunçuluğu edən şəxslərin Yevlax
rayon sakinləri, əvvəllər məhkum olunmuş Nazlı Mahmudova və Seyran Nadirova olduqları müəyyən edilib.
Dilənçilik fəaliyyəti ilə məşğul olan qadınlar evdən 1166 manat pul və qızıl-zinət əşyalarını götürüblər.

Interpress.Az