“KQB-nin casusları”na ABŞ-da “Qızıl qlobus” verildibackend

“KQB-nin casusları”na ABŞ-da “Qızıl qlobus” verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, mükafatlandırma mərasimində “Qızıl qlobus” mükafatı təqdim edilib. Belə ki, dünən ən yaxşı dram aktyoru kateqoriyası üzrə mükafatı Rami Malik qazanıb. “Ən yaxşı dram” nominasiyasında isə “Qızıl qlobus”u məşhur “Queen” musiqi qrupu haqqında çəkilən “Bohemiya rapsodiyası” filmi qazanıb. Malik məhz bu filmdə canlandırdığı Fredi Merkuri obrazına görə mükafata sahib olub.

“Qızıl Qlobus”un yeni sahibləri arasında Maykl Duqlas da yer alıb. Bununla Duqlas “Qızıl Qlobus”u dördüncü dəfə qazanmış olub.

“Ən yaxşı animasiya filmi” nominasiyasında qalib adı “Hörümçək adam: Kainatın vasitəsilə” filminə verilib. SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ABŞ-dakı casusları haqqında çəkilən “Amerikalılar” serialı isə “ən yaxşı dramatik serial” adına layiq görülüb.

“Qızıl Qlobus” həmçinin müğənni Ledi Qaqa və bəstəkar Castin Qurviçə də verilib. “Ən yaxşı ikinci plan oyunçusu” nominasiyasında qalib Maherşala Əli və Recina Kinq, “ən yaxşı qadın” kateqoriyasında isə Oliviya Kolman mükafatlandırılıb.

“Xarici dildə ən yaxşı film” adını isə meksikalı Alfonso Kuaronun müəllifi olduğu “Roma” filmi qazanıb. Kuaron bu kateqoriyada “ən yaxşı rejissor” adını alıb.

Interpress.Az