Başına 5 milyon dollar qoyulan terrorçu öldürüldübackend

Başına 5 milyon dollar qoyulan terrorçu öldürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp özünün \”Twitter\” səhifəsində yazıb.

\”Bizim çox gözəl hərbçilərimiz \”Koul\” esminesinə qorxaq hücum zamanı həlak olan və zərər çəkən qəhrəmanlarla bağlı ədaləti bərpa etdilər. Biz indi bu hücuma rəhbərlik etmiş Camal əl-Bədəvini öldürdük. Radikal Islamçı Terrorizminə qarşı mübarizəmiz davam edir\”, – deyə Tramp yazıb.

Our GREAT MILITARY has delivered justice for the heroes lost and wounded in the cowardly attack on the USS Cole. We have just killed the leader of that attack, Jamal al-Badawi. Our work against al Qaeda continues. We will never stop in our fight against Radical Islamic Terrorism!

— Donald J. Trump (@realDonaldTrump) January 6, 2019

Qeyd edək ki, Əl-Bədəvi FTB-nin ən çox axtardığı terrorçulardan biri hesab edilirdi. Onun tapılması üçün informasiya verən şəxsə 5 milyon dollar mükafat vəd olunmuşdu.

Interpress.Az