Ev arzulayanlara şad xəbər: büdcə artdibackend

Ev arzulayanlara şad xəbər: büdcə artdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xezerxeber.az-a istinadən bildirir ki, iqtisadçı ekspert Ruslan Atakişiyev dövlət büdcəsindən ipotekaya ayrılan vəsaitin həcminin ötən illə müqayisədə artdığını bildirib.

“İpoteka haqqında” qanuna edilən dəyişiklikləri şərh edən Ruslan Atakişiyev qeyd edib ki, yeniliklərdən biri ipoteka predmeti olan girovun satışa çıxarılması tələbi ilə bağlıdır.

Ekspertin sözlərinə görə, yeni qaydalarla girov sahibinə əlavə imkanlar yaradılacaq.

Problemlərlə bağlı müştərinin xəbərdar edilməsi qaydalarında da yenilik edilib. İndiyədək mövcud olan qaydalara görə, müştəri o vaxt xəbərdar edilmiş sayılırdı ki, bildiriş ona şəxsən çatdırılsın. İndi isə bank bu barədə məlumatı müştəriyə sifarişli poçtla və elektron poçtla yollayacaq. Poçt vasitəsilə göndərilmis rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, elektron üsulla göndərilmiş bildiriş isə 3 təqvim günü keçdikdən sonra təqdim olunmuş sayılır.

Interpress.Az