“Yol terroru”ndan necə xilas olmaq olar?backend

“Yol terroru”ndan necə xilas olmaq olar?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Prezident İlham Əliyevin 2018-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qeyd olunub.
Müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi nəticəsində 2013–2017-ci illərlə müqayisədə 2023-cü ilin sonunadək yol-nəqliyyat hadisələrində ölüm sayının, sağlamlığına ağır və ya az ağır zərər vurulan şəxslərin sayının və yol-nəqliyyat hadisələrinin ümumi sayının 30 faiz azaldılması, həmçinin yol-nəqliyyat hadisələrində uşaq ölümü hallarının 50 faiz azaldılması nəzərdə tutulub.

Yol qəzalarında ölüm hallarının azaldılması üçün hansı addımlar atılacaq?

Interpress.Az xəbər verir ki, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov Azvision.az -a bildirib ki, dövlət proqramının əsas məqsədi qəzaların və ölüm hallarının sayının azaldılmasıdır.

Ekpsertin sözlərinə görə, proqramda bir neçə istiqamət üzrə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub: \”Yol hərəkətinin təhlükəsizliyi sahəsində idarəetməni təkmilləşdirmək, yol hərəkəti iştirakçılarının daha məsuliyyətli və intizamlı davranışa nail olmaq, yol infrastrukturunun təkmilləşdirilməsi, yollarda hərəkətin təşkilinin təkmilləşdirilməsi, avtomobilllərin sazlığına nəzarətin təkmilləşdirilməsi, yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlara yardımın göstərilməsinin təkmilləşdirilməsi və s. kimi məsələlər var. Proqramın əsas hədəflərindən biri də qəzaların sayını azaltmaqdır. Proqramda nəzərdə tutulanlara nail olunsa, istənilən nəticə əldə olunacaq\”.

Ə.Hüseynov vurğulayıb ki, dünyanın əksər ölkələrində bunlar həyata keçirilib və daha yaxşı nəticələr əldə olunub.