Moskva hədəfə alındı: “Ermənistanda Rusiya vassallığı onda bərqərar oldu…”backend

Moskva hədəfə alındı: “Ermənistanda Rusiya vassallığı onda bərqərar oldu…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bu fikirlər Ermənistanın “1in.am” saytında yerləşdirilmiş “Köçəryanın həyasız yalanı, yaxud onun Vazgen Sərkisyanın meyidi üzərindən keçən mütləq hakimiyyəti” başlıqlı məqalədə öz əksini tapıb.

Məqalədə deyilir:

“Məsələn, sabiq prezident iddia edir ki, onun hakimiyyəti legitim olub, o, prezident olmaq fikrində deyilmiş. İstəyirmiş ki, prezident Vazgen Sərkisyan olsun, ancaq Vazgen istəmədiyi üçün razılıq verməli olub. Onun vətəndaşlığını “əsaslandırmaq ı” barədə isə Vazgen və onun hüquqşünasları düşünüblər”.

Yazıda qeyd olunur ki, Robert Köçəryanın dediyi hər söz yalandır:

“Levon Ter-Petrosyanın istefasından sonra növbədənkənar prezident seçkisinin keçirilməsi və Vazgen Sərkisyanın namizədliyinin irəli sürülməsi ilə bağlı “Yerkrapa” Könüllü Veteranlar Birliyi idarə heyətinin ən azı bir neçə iclası keçirildi. Həmin iclaslarda Vazgen Sərkisyanın namizədliyi yekdilliklə irəli sürülmüş və bildirilmişdi ki, seçki yarışına məhz müdafiə naziri qoşulmalıdır. Üstəlik, bir çox nüfuzlu “Yerkrapa” üzvü Robert Köçəryanın adını belə eşitmək istəməmişdi.

Vazgen Sərkisyanın onu prezidentliyə namizəd olmağa inandırdığını iddia etmək açıq-aşkar yalandır. Əksinə, “üçlük” – Robert Köçəryan, Serj Sərkisyan və Samvel Babayan Vazgen Sərkisyanı daim inandırırdılar ki, sonuncu dünyada təmsiledici fiqur ola bilməz.

Bununla yanaşı, Robert Köçəryanın namizədliyi Vazgen Sərkisyanın ürəyincə deyildi. Odur ki, bir uzlaşma tapıldı və Konstitusiya Məhkəməsinin sədri Qaqik Arutyunyanın namizədliyini irəli sürmək qərarına gəlindi. Ancaq nəyə görəsə ən mühüm anda Qaqik Arutyunyan “itdi” – bunu Arutyunyan və Köçəryan özləri izah etsələr, daha yaxşı olar.

Başqa sözlə, Robert Köçəryan Vazgen Sərkisyanı aldatdı və prezidentliyə namizədliyini hiyləgərcəsinə irəli sürdü. Bu hadisə o illərin siyasi arenasında rol oynayan bir çox insana məlumdur.

Yeri gəlmişkən, Köçəryanın hakimiyyət yanğısı və tamahkarlığı hər kəsə məlumdur. O, öz şəxsi hakimiyyətini qorumaq üçün Vazgen Sərkisyanın ölümündən sonra iki dəfə – 2003 və 2008-ci illərdə seçkiləri kütləvi şəkildə saxtalaşdırmışdı, hətta 10 Ermənistan vətəndaşının güllələnməsindən çəkinməmişdi.

Buna baxmayaraq, biz 1998-99-cu illərdə qayıdırıq. Köçəryanın prezident vəzifəsinin icrasına başlamasından cəmi 1 il sonra, daha doğrusu, müdafiə nazirinin müavini Vaqram Xorxoruninin və Daxili Qoşunların komandanı Artsrun Marqaryanın öldürülməsindən sonra Vazgen Sərkisyan Robert Köçəryandan ümidini o qədər üzmüşdi ki, 1998-ci ildə yol verdiyi “səhvini” necə düzəltməyi düşünürdü və 1998-ci il prezident seçkilərində Köçəryanın əsas rəqibi olan Karen Dəmirçiyanla alyans yaratmışdı”.

Məqalədə bildirilir ki, onların yaratdığı “Miasnutyun” bloku 1999-cu il parlament seçkilərində inamlı qələbə qazanıb, bundan sonra Robert Köçəryan “İngiltərə kraliçası” rolunda çıxış edib:

“O, yalnız 27 oktyabr cinayətindən sonda (27 oktyabr 1999-cu ildə Ermənistan parlamenti gülləbaran edilib. Parlamentin spikeri Karen Dəmirçiyan, baş nazir Vazgen Sərkisyan da daxil olmaqla 8 dövlət xadimi və deputat öldürülüb-S.Həmid) ortaya çıxdı. Həqiqət ondadır ki, Robert Köçəryan Ermənistanda mütləq hakimiyyətə çalışırdı və bu yolda ona əsas maneə Vazgen Sərkisyan idi”.

Yazının sonuncu cümləsi xüsusilə diqqətçəkicidir və bir çox mətləblərdən xəbər verir. Bu cümlə hazırda Ermənistan cəmiyyətində Rusiyaya, onun prezidenti Vladimir Putinə münasibətdə mövcud olan ab-havanı duymaq baxımından əhəmiyyətlidir:

“Ermənistanda Köçəryanın mütləq hakimiyyəti bərqərar oldu və Vazgen Sərkisyanın meyidi üzərindən keçməklə Rusiya vassallığı yaradıldı”.

Interpress.Az