BALAKƏNDƏ OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIBbackend

BALAKƏNDƏ OĞURLUQ EDƏN ŞƏXS SAXLANILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az DİN Mətbuat Xidmətinə istinadən məlumatına görə, daxil olmuş məlumat əsasında RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxsin Zaqatala rayonu Aşağı Tala kənd sakini Ramin Babayev olduğu müəyyən edilib. Aparılan araşdırmalarla onun vətəndaşa məxsus evdən bir ədəd 800 manat dəyərində televizoru və samovarı oğurladığı aşkar edilib. Oğurlanmış əşyalar maddi sübut kimi götürülərək, istintaqa təhvil verilib.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.

Interpress.Az