“Ferrari”nin rəhbərliyində dəyişiklik: Arrivabene istefaya göndərilir – FOTObackend

“Ferrari”nin rəhbərliyində dəyişiklik: Arrivabene istefaya göndərilir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mauritsio Arrivabene postunu tərk edir. Onu əvəz edəcək şəxs artıq məlumdur.

Interpress.Az xəbər verir ki, Gazzetta dello Sport qəzetinin üz qabığında yer alan məlumata görə, \”Ferrari\”nin idarə heyətinin sədri Con Elkann Skuderiyanın rəhbərliyində dəyişikliklə əlaqədar qərar imzalayıb.

Hazırki texniki direktor Mattia Binottonun vəzifəsi yüksəldiləcək və Mauritsio Arrivabeneni əvəzləyəcək.

Mətbuatda artıq bir neçə ildir ki, Arrivabene və Binotto arasında baş verən münaqişə barəsində xəbərlər dolaşır. Onlar arasında münasibətlər yalnız “Ferrari”nin keçmiş prezidenti Serjio Markionne sayəsində qorunub saxlanılırdı. Bu nüfuzlu şəxsin ölümündən sonra isə komandada hakimiyət uğrunda mübarizə başlayıb.

Daha əvvəl yayılan xəbərlərə görə, Con Elkan komandadakı narazılığı aradan qaldırmaq üçün mütəmadi olaraq Maranello şəhərinə yollanırdı. Binotto isə bir neçə komandadan təkliflər alsa da, Skuderiyada qalmağı və Ferrari ilə Formula 1 titulunu qazanmağı arzuladığını bildirmişdi.

Interpress.Az