İki qadının çantasını alıb qaçan şəxsin cinayət işi məhkəməyə göndərilibbackend

İki qadının çantasını alıb qaçan şəxsin cinayət işi məhkəməyə göndərilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Elməddin Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Cinayət işində 2 zərərçəkmiş qadın var.

Qeyd edək ki, hadisə ötən il baş verib. M.Əliyev Bakı şəhəri Nəsimi rayonunda bir qadına qarşı zor tətbiq edərək əlindəki çantasını alıb qaçıb. Araşdırma zamanı onun digər analoji cinayətləri də ortaya çıxıb.

M.Əliyev əvvəlcə qadınları izləyib, daha sonra isə onların mobil telefon və kosmetik əşyalar olan çantasını zorla alaqraq soyğunçuluq edib.

Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini M.Əliyev saxlanılıb.

Interpress.Az