Yuşşenko rus jurnalistləri pat vəziyyətinə saldıbackend

Yuşşenko rus jurnalistləri pat vəziyyətinə saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu İstanbulda Ukrayna Pravoslav Kilsəsinə tomosun verilməsi zamanı rusiyalı jurnalistlərin verdiyi provokativ xarakterli sualı cavablandırarkən Ukraynanın eks-prezidenti Viktor Yuşşenko deyib.

“Hələ tomos verilməyib. Tomossuz Ukrayna Pravoslav Kilsəsini necə tanıya bilərlər? O, Moskva kilsəsidir ki, 400 ildir tomos olmadan yaşayır”, – deyə o bildirib.

Qeyd edək ki, məhz Yuşşenkonun dövründə ilk dəfə Kiyev Ukrayna kilsəsinin müstəqilliyinə dair addım atıb.

Interpress.Az