Azərbaycanda 9 ballıq ZƏLZƏLƏ OLA BİLƏR – 200-dən çox yaşayış məntəqəsi üçün BÖYÜK TƏHLÜKƏbackend

Azərbaycanda 9 ballıq ZƏLZƏLƏ OLA BİLƏR – 200-dən çox yaşayış məntəqəsi üçün BÖYÜK TƏHLÜKƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki,tədqiqatı aparmış Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi
coğrafiyası şöbəsinin müdiri, coğrafiya üzrə elmlər doktoru Nəriman Paşayev Trend-ə bildirib ki, Azərbaycan
ərazilərinin əhalinin məskunlaşması və təsərrüfatın inkişafı üçün zəlzələ hadisəsinin risk dərəcəsinə görə
rayonlaşdırılması aparılıb. Müəyyən edilib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin daha
çox ziyan vurduğu rayona 2 milyon nəfərdən çox əhalisi olan 395 yaşayış məntəqəsi daxildir. Buraya 58 qəsəbə
və Bakı-Abşeron arxipelaqını əhatə etməklə Bakı və Sumqayıt şəhərləri, 27 yaşayış məntəqəsini əhatə edən
Abşeron inzibati rayonu, 61 yaşayış məntəqəsini əhatə edən Zaqatala, 54 yaşayış məntəqəsini əhatə edən
Balakən, 63 yaşayış məntəqəsini əhatə edən Şamaxı, 111 yaşayış məntəqəsini əhatə edən İsmayıllı, 79 yaşayış
məntəqəsini əhatə edən Ağsu bölgələri və Gəncə şəhəri daxildir:
“Azərbaycanın iqtisadi gücünün – sənaye istehsalı potensialının 80 faizdən çoxu bu rayonda cəmlənib. Rayon
əsasən, 8-9 ballıq zəlzələ zonasında yerləşib. Respublika ərazisində hər il orta hesabla qeydə alınan 3000-3500
yeraltı təkanların 80-85 faizi bu rayonun payına düşür”.
N.Paşayev qeyd edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin çox ziyan vurduğu rayona
Mingəçevir şəhəri, Gəncə-Qazax (Gəncə şəhəri istisna olmaqla), Şəki-Zaqatala (Zaqatala və Balakən istisna
olmaqla) və Naxçıvan Muxtar Respublikası iqtisadi rayonları daxildir. Bu rayonda əhalisi 1,2 milyon nəfərə
yaxın olan 1073 yaşayış məntəqəsi zəlzələ riski altındadır.
Əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin orta dərəcədə ziyan vurduğu rayona Quba-Xaçmaz,
Lənkəran-Astara iqtisadi rayonları, Xızı və Qobustan bölgələri daxildir. Bu rayonda əhalisi 600 min nəfər olan
1227 yaşayış məntəqəsi, əsasən, dəniz səviyyəsindən 0-200 metrdən 1000-1500 m-ə qədər yüksəklikdə, 7 ballıq
zəlzələ zonasında yerləşir.
Alim əlavə edib ki, əhalinin məskunlaşması və təsərrüfatın inkişafına zəlzələnin az ziyan vurduğu rayona 1787,6
min nəfər əhalinin məskunlaşdığı 844 yaşayış məntəqəsini əhatə edən Aran iqtisadi rayonunun (Mingəçevir
şəhəri istisna olmaqla) ərazisi daxildir.

Interpress.Az