Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkət sıxlığı azaldılacaqbackend

Təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə nəqliyyatın hərəkət sıxlığı azaldılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az -ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda deyilir.

Qeyd olunur ki, 2019-2020-ci illərdə iri yaşayış məntəqələrindəki təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə avtomobil yollarında hərəkət sıxlığını azaltmaq məqsədilə küçə-yol şəbəkəsinin xüsusiyyətləri və digər təhlükəsizlik meyarları nəzərə alınmaqla yol hərəkətinin təşkilinə dair təkliflər hazırlanacaq, təhsil müəssisələrinin bilavasitə yaxınlığında yerləşən küçə-yol şəbəkəsində müvafiq sürət məhdudiyyəti müəyyən ediləcək və yol hərəkəti təşkilinin texniki vasitələrinin tətbiqinə xüsusi diqqət yetiriləcək.

Müvafiq qurumlara atomobil yollarında hərəkət sıxlığının və tıxacların yaranması səbəblərinin müəyyən edilməsi, təhlillər aparılması və tıxacların qarşısının alınması üçün müvafiq təkliflər hazırlanması və tədbirlər görülməsi, avtomobil yollarının buraxma qabiliyyətini artırmaq məqsədilə araşdırmalar aparılması və müvafiq təkliflər verilməsi, hərəkət sıxlığı yüksək olan yol sahələrinin (yolların) yükünün azaldılması məqsədilə nəqliyyat axınlarının şəhərlərin mərkəzi hissələrindən kənarlara yönləndirilməsi üçün sistemli tədbirlər planının hazırlanması və icrası, eləcə də küçə-yol şəbəkəsində nəqliyyat vasitələrinin izafi yürüşlərinin azaldılması və hərəkətin optimallaşdırılması məqsədilə birtərəfli və ikitərəfli hərəkətin təşkilinin təkmilləşdirilməsi tapşırılıb.