Sabirabad rayonunda qanunsuz silah saxlayan şəxslərə qarşi əməliyyat həyata keçirilibbackend

Sabirabad rayonunda qanunsuz silah saxlayan şəxslərə qarşi əməliyyat həyata keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az -ın DİN Mətbuat Xidmətinə istinadən məlumatına görə, Sabirabad RPŞ Qaragüney PB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah-sursat gizlədən şəxslərin aşkar edilməsi məqsədi ilə ardıcıl uğurlu əməliyyat tədbirləri həyata keçirilib.
Belə ki, Sabirabad rayonu Əliləmbəyli kənd sakini Amil Mirzəyev qanunsuz olaraq odlu silah saxlamaqda şübəli bilindiyi üçün saxlanılıb. Onun yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “İJ” markalı ov silahı və ona məxsus 4 ədəd patron aşkar edilərək götürülüb.

Qaragüney PB-nin əməkdaşlarının həyata keçirdikləri digər bir əməliyyat nəticəsində Sabirabad rayonu Balahəşimxanlı kənd sakini Rəşad Əliyevdən 1 ədəd “İJ” markalı ov silahı aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Qaragüney PB -də araşdırma aparılır.

Sabirabad rayonunda qanunsuz silah saxlayan şəxslərə qarşi əməliyyat həyata keçirilib

Sabirabad rayonunda qanunsuz silah saxlayan şəxslərə qarşi əməliyyat həyata keçirilib