Təranə Səmədova bu gün yenidən hakim qarşısına çıxacaqbackend

Təranə Səmədova bu gün yenidən hakim qarşısına çıxacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az -ın məlumatına görə, iki qadını fahişəliyə cəlb etməkdə təqsirləndirilən prodüserin ikinci məhkəməsi qapalı keçiriləcək. Məhkəmə saat 15:30-da başlayacaq.

Qeyd edək ki, T.Səmədovanın barəsində Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. O, iki qadını fahişəliyə cəlb etməkdə ittiham olunur. Cinayət işi üzrə iki qadın zərərçəkmiş şəxs qismində tanınıb.
İstintaq orqanı tərəfindən T.Səmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə T.Səmədova 1 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində olan polis nəzarətində qətimkan tədbiri həbs qətimkan tədbiri ilə dəyişdirilib və məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan məhkum və zərərçəkmişlər apellyasiya şikayəti veriblər.

Apellyasiya Məhkəməsinin ilkin iclasında vəkilin T.Səmədova ilə bağlı vəsatəti təmin edilməyib.

Daha sonra hakimlər kollegiyası cinayət işinin qapalı və məhkəmənin qismən istintaqla aparılması haqqında qərar çıxarıb.

Interpress.Az