Ankarada Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıbbackend

Ankarada Rusiyanın Türkiyədəki səfirinin öldürülməsi ilə bağlı iş üzrə ilk dinləmələr başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hakim bəzi şübhəlilərin ölkə xaricində olduğunu, ona görə də bu gün məhkəmə qarşısına çıxmayacaqlarını bildirib. Müttəhimlər kürsüsündə ümumilikdə 18 nəfər olub, onlardan 4-ü həbsxanada olduğundan məhkəməyə videoəlaqə ilə qoşulub.

Daha əvvəl Ankara prokurorluğu paytaxtın Ağır Cinayətlər üzrə İkinci Məhkəməsinə ittiham aktı göndərib.

Qeyd edək ki, Rusiyanın Türkiyədəki səfiri Andrey Karlov 2016-cı il dekabrın 19-da Ankarada fotosərginin açılışında çıxış edən zaman öldürülüb, hücumçu edən – polis məmuru Mevlut Mert Altıntaş da polis tərəfindən məhv edilib. (report)

Interpress.Az