Beynəlxalq Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan iş adamının məhkəməsi başlayıbbackend

Beynəlxalq Bankdan 15 milyon manat kredit götürüb qaytarmayan iş adamının məhkəməsi başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Beynəlxalq Bankın nümayəndəsi mülki iddia qaldırıb. O, banka vurulan ziyanın 15 milyon manat olduğunu deyib.

Nümayəndə bildirib ki, dəymiş zərərdən banka yalnız 3 milyon manat pul ödənilib.

Mülki iddia icraata götürülüb.

Məhkəmənin baxış iclası yanvarın 11-nə təyin edilib.

İttiham aktına əsasən, iş adamı R.Allahverdiyev \”Azərbaycan Beynəlxalq Bankı\”nın Moskva filialından 15 milyon manat kredit götürüb. Lakin sonradan o, krediti qaytarmayıb.

Buna görə R.Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb və həbs qətimkan tədbiri seçilib.

Interpress.Az