Aygün Attara daha bir mükafatbackend

Aygün Attara daha bir mükafat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, qurumun idarə heyətinin rəhbəri Yəhya Akengin mükafatı verməkdə məqsədlərinin türk dünyasına xidmət edənlərə diqqət çəkmək və onlara təşəkkür çatdırmaq olduğunu bildirib.

Mükafatın budəfəki sahibləri arasında Türkiyənin Giresun Universitetinin azərbaycanlı rektoru, professor doktor Aygün Attar da var. A.Attar türk dünyasında birlik ideyasına gətirdiyi tarixi tezislərə görə mükafata layiq görülüb. Ondan başqa Türkiyədə bu mükafatın yeni sahibləri arasında “Bizim Külliye” ədəbiyyat jurnalı, bir çox filmində türklük duyğusu olan aktyor Cüneyt Arkın, erməni diasporuna qarşı fəaliyyət göstərən Xəzər Strateji İnstitutu, Türkiyə-Azərbaycan enerji siyasəti və iqtisadi əməkdaşlığına xidmətlərinə görə SOCAR-ın Türkiyədəki rəhbəri Kenan Yavuz, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin başqanı Mehmet Cahit Turhan, TRT Avaz kanalı ilə ermənilərin Türkiyəyə qarşı təbliğatını boşa çıxaran Yılmaz Batıbay da var.

Bundan başqa mükafat Türkiyə, Azərbaycan, Qaqauz, Qazaxıstan, Qırğızıstan, Kosova, KKTC, Macarıstan, Özbəkistandan da bir neçə nəfərə təqdim ediləcək.
Azərbaycandan mükafatın sahibi türk dünyası ilə bağlı proqramlarına görə AzTV, qaqauz şair və yazıçısı Todur Zanet, Qazaxıstandan Türk Akademiyasının rəhbəri professor, doktor Darhan Kıdırali, Qırğızıstanın Türkiyədəki səfiri İbrahim Cunusov, Kosova türklərinin haqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən Mahir Yağcılar, KKTC-dən professor, doktor Hüseyin Gökçekuş, Macarıstanda fəaliyyət göstərən Macar Turan Fondu, Özbəkistandan rəssam Lekim İbrahimov olub.
Mükafatın təqdimat mərasimi bu iln aprelində Türkiyədə keçiriləcək.

Xatırladaq ki, bu mükafat Azərbaycanın mərhum prezidenti Heydər Əliyevə, Türkiyənin eks prezidenti Süleyman Dəmirələ, Türkmənistanın mərhum prezidenti Saparmurat Türkmənbaşına, Qazaxıstan prezidenti Nursultan Nazarbayevə, KKTC-nin mərhum prezidenti Rauf Denktaşa, məşhur yazıçılar Çingiz Aytmatiov və Oljas Süleymanova, Yazıçılar Birliyinin sədri Anara, Türk Dil Qurumuna, Türk Tarix Qurumuna, mərhum sənətşi Barış Mançoya da verilib.

Elnarə
İnterpress.az