QULDURLUQ EDƏN ŞƏXS SAXLANILIBbackend

QULDURLUQ EDƏN ŞƏXS SAXLANILIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın DİN Mətbuat Xidmətinə istinadən məlumatına görə, yanvarın 7-də Bərdə rayon sakini Murad Quluzadə RPŞ-yə ərizə ilə müraciət edərək naməlum şəxsin ona zor tətbiq edərək mobil telefonunu götürüb qaçdığını bildirib.

Faktla bağlı dərhal əməliyyat qrupu yaradılıb. Peşəkarlıqla və “isti izlərlə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq edən şəxsin Bərdə rayon sakini Rəşad Əhməədov olduğu müəyyən edilib. Dindirilmə zamanı o törətdiyi əməli etiraf edib. Mobil telefon maddi sübut kimi götürülüb.
Faktla bağlı Bərdə RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.

Interpress.Az