Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Zimbabve Prezidenti Azərbaycana səfər edəcək

Zimbabve Prezidenti Emmerson Mnanqaqva Azərbaycana səfər etməyi planlaşdırır.

Dərc edilib: 9 yanvar 2019 [10:16]
Baxış sayı: 3714

Bu barədə adıçəkilən ölkənin Prezidentinin mətbuat katibi Corc Çaramba məlumat verib.

Qeyd olunur ki, E.Mnanqaqva həmçinin Rusiya, Belarus və Qazaxıstana səfər edəcək, eləcə də Davosda keçiriləcək iqtisadi foruma qatılacaq.

"Azərbaycan və Qazaxıstan zəngin karbohidrogen ehtiyatına malik, sürətli inkişaf edən ölkələrdir. Bundan başqa, energetika və turizm baxımından maraqlı ölkələrdir", - C.Çaramba bildirib.

Prezidentin mətbuat katibi həmçinin bildirib ki, Zimbabve Azərbaycanla tütün sənayesi və tikinti sahəsində əməkdaşlığa ümid edir. (report)


İnterpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 76