Səhiyyə naziri: Haqqı çatan bəzi insanlara əlillik verilməyibbackend

Səhiyyə naziri: Haqqı çatan bəzi insanlara əlillik verilməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.Az xəbər verir ki, bunu səhiyyə naziri Oqtay Şirəliyev deyib.

Nazir bunun çox vacib məsələ olduğunu bildirib: “Doğrudur, səhiyyə işçilərində də müəyyən problemlər var. Amma təxminən 50 faiz Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin qeyri-obyektiv yanaşması nəticəsində əlillik verilməli olan insanlara əlillik verilməyib. Biz bunları araşdırmışıq və o nazirliyə müraciət etmişik”.

O.Şirəliyev əlavə edib ki, bir neçə il əvvələ qədər Avropa ölkələri arasında Azərbaycan dərmana davamlı vərəmlə bağlı birinci yerdə idi: “Son nəticələrə görə indi bu göstəricilər həm ilkin, həm də təkrar xəstələnmələr 2 dəfə azalıb. Vərəmlə xəstələnmə göstəricisi isə 53,7-dən 39,8-ə düşüb”.

Nazir eyni zamanda, epidemioloji sabitliyin hər bir ölkə üçün vacib olduğunu, yoluxucu xəstəliklər, idarə olunan infeksiyalar sahəsində Azərbaycanda böyük nailiyyətlər qazanıldığını deyib: “Uşaqlar 11 adda vaksinlə dövlət tərəfindən təmin edilib”.

İnterpress.Az