Bağlanan bankların əmlakları 35 hərracda satılıb – RƏSMİbackend

Bağlanan bankların əmlakları 35 hərracda satılıb – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, hərraclar Xammal və Əmtəə Birjası vasitəsilə həyata keçirilib.

Sadalanan ləğv prosesində olan banklara məxsus 13 lot üzrə daşınmaz əmlak və 136 lot üzrə daşınar əmlak, o cümlədən, avtomobillər, inkasator maşınları, mebel, kompüter və elektrik avadanlıqları, bankomat və digər bank avadanlığı satılıb.

Ləğv prosesində olan QSC “BankStandard” KB-nin balansında olan üç ədəd daşınmaz əmlak və 63 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Texnikabank” ASC-nin balansındakı dörd ədəd daşınmaz əmlak və 20 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Dəmirbank” ASC-nin balasında olan bir ədəd daşınmaz əmlak və 17 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Bank of Azerbaijan” ASC-nin balansındakı bir ədəd daşınmaz əmlak və 15 lot üzrə daşınar əmlak, ləğv prosesində olan “Kredobank” ASC-nin balansındakı iki ədəd daşınmaz əmlak və beş lot üzrə daşınar əmlak satılıb.

Bundan başqa, ləğv prosesində olan “Atrabank” ASC-nin balansındakı daşınar əmlak yeddi lot üzrə, ləğv prosesində olan “Dekabank” ASC-nin balansındakı daşınar əmlak bir lot üzrə, “Qafqaz İnkişaf Bankı” ASC-nin balansındakı daşınar əmlak bir lot üzrə, “Royalbank” ASC-nin balansındakı iki ədəd daşınmaz əmlak və iki lot üzrə daşınar əmlak və “Zaminbank” ASC-nin balansındakı daşınar əmlak beş lot üzrə satılıb.

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların əmlakının satışı üzrə hərracların təşkilini davam etdirir.

Interpress.Az