Tanınmış teleaparıcı ölümlə üz-üzə – TƏCİLİbackend

Tanınmış teleaparıcı ölümlə üz-üzə – TƏCİLİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bu barədə aparıcı özü məlumat verib. O bildirib ki, son dörd ay ərzində sosial şəbəkə hesablarına, telefonuna ölümlə hədələyən məlumatlar alır: \”8 yanvar tarixində günorta saatlarında bir nəfərin gəlib bunu mənə açıq bəyan etməsi bu müraciəti etməyimə səbəb oldu. Təhdid edənlərin arasında dini fanatiklər, müxtəlif adamların adından danışanlar, müğənniciklərin \”adamları\” və özünü oğru dünyasının adamı kimi təqdim edənlər də var. Bununla bağlı heç bir orqana müraciət etməmişəm və etmək niyyətim yoxdur. Yalnız hadisə olduqdan sonra bir protokol və bağlı qalmış cinayət işi ilə kifayətlənəcək nəticəni bilib, hələ sağ qaldığım saatları izahat yazmaq və ya kiminsə mənasız suallarına cavaba xərcləmək niyyətim yoxdur.
Bircə mətləbi bəyan edirəm, qətiyyən ölümdən qorxmuram və bu təhdidlər məni ideyamdan döndərə bilməz! Mən maarifçilik və s. kimi nəticəsi olmayan cəfəngiyatlara artıq çoxdan inanmıram. Məqsədim, ölkəmizin adamlarını cahil yox, ən azı gözü açıq görməkdir\”.

E.Əlibəyli qeyd edib ki, ölümlə təhdid olunduğunu ciddiyə almır: \”Məni hər şeydə suçladınız- dəyərləri aşağılamada, tərbiyəsizliyi təbliğ etməkdə, \”günahsız qadını\” tənqid etməkdə, \”kafir\” adlandırdığınız elm və təfəkkür insanlarına danışmaq imkanı verməkdə, gənc yaradıcı adamları \”reklam\” etməkdə və s. Bütün bunlara cavab vermək istəmirəm, mən oxuduğum kitablara olan borcumu qaytarmalıyam, verilən fürsəti cahilliklə mübarizəyə həsr etməliyəm. Formasından asılı olmayaraq (bu ironiya, açıq tənqid və ya axundzadəsayağı da ola bilər) cəhalətlə mübarizə aparmaq üçün, Cavid əfəndi demişkən onunla güləşmək lazımdır. Mənim güləş meydanım bəllidir. Təbii ki, minlərlə adam bunu anlamır, əslində belə də olmalıdır! Anlayan bircə nəfər varsa, bu artıq qazancdır və bu bir nəfər əslində mənim nə demək istədiyimi, məndən sonra kiməsə ötürəcək. Ölümdən qorxmuram, yaxud təzyiqlərə görə harasa getmək niyyətim yoxdur! Əminəm ki, məni anlayan o bir neçə nəfər ölkəmizi Əfqanıstana çevirmək istəyənlərə qarşı çıxacaq, yaxud ziyalı yox, manısın \”adamı\” hesabına idarə olunan cəmiyyətdə və ən nəhayət orda-burda yuva qurub dövləti sarsıtmaq istəyənlərin gətirdiyi anarxiyada yaşamaq istəməyəcək! Buna əmin olduğum üçün təhdidləri ciddiyə almıram, eləcə də ölümümü də. Təki, amalım yaşasın! Bunu vida müraciəti kimi qəbul etməyin, əsla! Cəhalət heç zaman zəfər çala bilməz!\”

Tanınmış teleaparıcı ölümlə üz-üzə - TƏCİLİ

Interpress.Az