DİN-dən Yasamaldakı dəhşətli hadisə ilə bağlı – Açıqlamabackend

DİN-dən Yasamaldakı dəhşətli hadisə ilə bağlı – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın xəbərinə görə, məlumatda qeyd olunub ki, yanvarın 9-da saat 3 radələrində Yasamal rayonunun L.Tolstoy küçəsindəki evlərin birində təbii qazın sızmasından yanğına keçən ani partlayış baş verib.

Nəticədə konstruksiyalar və oradakı əşyalar yanıb. Yanğın söndürüldükdən sonra ev sahibi Aydın Məmmədovun, arvadı Xuramanın və qızı Aygünün meyitləri tapılıb.

Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarının pozulması, ölümlə nəticələndikdə) maddəsi ilə iş başlanıb.

Interpress.Az