“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərbi amil xüsusi rol oynayır” — Deputatbackend

“Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hərbi amil xüsusi rol oynayır” — Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bu fikirləri \”Ölkə.Az\”a açıqlamasında Milli Məclisin deputatı Tahir Rzayev bildirib.

Deputat deyib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllini istəyir və sülh danışıqlarında iştirak edərək bu mövqeyini əyani şəkildə ortaya qoyur:

\”Ancaq münaqişənin həlli üçün hərbi amil mühüm rola malikdir. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində bu məqamlara toxunaraq bir daha bəyan edib ki, Azərbaycan bundan sonra da öz hərbi qüdrətini artıracaq. Cənab Prezidentin də dediyi kimi, biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır. Ona görə də biz bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirləri davam etdirəcək\”.
T.Rzayev əlavə edib ki, son illər Azərbaycan öz hərbi qüdrətini əhəmiyyətli dərəcədə artırıb:

\”2016-cı ilin aprel döyüşləri və 2018-ci ilin Naxçıvan əməliyyatı Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etmək iqtidarında olduğunu bir daha nümayiş etdirdi\”.

Interpress.Az