Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Azərbaycanda ilin ilk futbol matçı darmadağınla yekunlaşıb

Azərbaycanda peşəkar komandaların iştirakı ilə ilin ilk futbol matçı keçirilib.

Dərc edilib: 9 yanvar 2019 [14:08]
Baxış sayı: 4199

Interpress.Az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Keşlə” təlim-məşq toplanışı çərçivəsində I Divizionda yarışan “Qaradağ Lökbatan”la qarşılaşıb. Türk Hava Yolları Futbol Mərkəzində baş tutan matç Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektivin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Görüşdə ilk qolu 35-ci dəqiqədə Nikola Mitroviç penaltidən vurub. Oyunun 42-ci dəqiqəsində Seymur Əsədov, 3 dəqiqə sonra isə Vüsal İsgəndərli komandasının 3-cü qoluna imza atıb. 54-cü dəqiqədə Slavik Alxasov darmadağında pay sahibi olub. Qarşılaşmanın 90-cı dəqiqəsində isə Andre Klennon son nöqtəni qoyub.

Komandanın yeni transferlərdən Vüsal İsgəndərli və Emin Mehdiyev oyuna start heyətdə başlayıb. Con Kamara isə ikinci hissədə meydanda olub.


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 74