Gürcüstanda 600-dən çox insan qrip virusu ilə xəstəxanaya yerləşdirilibbackend

Gürcüstanda 600-dən çox insan qrip virusu ilə xəstəxanaya yerləşdirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə ölkənin səhiyyə naziri David Sergeenko məlumat verib.

O deyib ki, pasiyentlərin 39-u Reanimasiya şöbəsindədir: “Bu günə olan məlumata görə, dünənə nisbətən göstəricilər yaxşıdır. Xəstəxanaya yerləşdirmə halları, təxminən, 100 hal azalıb. Bu, yaxşı dinamikadır. Virusa yeni yoluxanların sayı azalsa da, xəstəliyə yoluxanların vəziyyəti ağır olaraq qalır”.

Qripə görə uşaq bağçaları və məktəblərin bağlanmasına gəlincə, D.Sergeenko məsələ ilə bağlı məsləhətləşmələrin aparıldığını bildirib.

Qeyd edək ki, Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiqlənib. (report)

Interpress.Az