3 ildə 650 mindən çox miqrantın həyatı xilas edilibbackend

3 ildə 650 mindən çox miqrantın həyatı xilas edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Avropa Miqrasiya Komissarı Dmitris Avramopulos deyib.

O bildirib ki, 3 il müddətində Avropa İttifaqı Afrika və Yaxın Şərqdən gələn miqrantları xilas edib.

Qeyd edək ki, dekabr ayında Aİ üzv dövlətləri 2019-cu ilin mart ayının sonuna qədər əsas vəzifəsi insanları xilas etmək və Aralıq dənizində miqrantların qeyri-qanuni köçürülməsinə qarşı çıxmaq olan \”Sofiya\” missiyasının mandatını uzatmağa razılaşıblar.

Xatırladaq ki, \”Sofiya\” adlanan mandat 2015-ci ildən fəaliyyət göstərir və məqsəd Aralıq dənizi vasitəsilə Avropaya çatmağa çalışan miqrantları xilas etməkdir.

2016-cı ilin iyun ayında Avropa İttifaqı xarici işlər nazirləri missiyanın mandatını genişləndirərək, sahil qoşunları və Liviya donanmasının əməkdaşlarının təlim vəzifəsini də əlavə ediblər. \”Sofiya\” missiyası çərçivəsində əməliyyatlar üçün təsdiq edilmiş plan 31 dekabrda başa çatırdı.

Məlumat üçün nəzərinizə çatdıraq ki, bir sıra silahlı münaqişələr, kəskin iqtisadi problemlər ilə üzləşən Afrika və Yaxın Şərqdə baş verənlərlə əlaqədar olaraq Avropa ən ciddi miqrasiya böhranı yaşayır.

Interpress.Az