Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Növbədənkənar parlament seçkiləri - "Yeni nazirlərin gətirilməsinə ciddi ehtiyac var" - VİDEO

Azərbaycanda növbədənkənar parlament seçkilərinin keçiriləcəyi iddia edilir.

Dərc edilib: 9 yanvar 2019 [17:43]
Baxış sayı: 5840

Bundan əlavə, bəzi nazirlərin postlarını itirəcəyi də gəzən söhbətlər arasındadır. Son dönəmlər ölkədə siyasi fəallığın artması, müxalifətin yeni birlik qurması da diqqət çəkən məqamlardandır. İddialara görə, müxalifətin birliyinin yaranması növbdənkənar seçkilərə öncədən tam hazır olmaq düşüncəsindən irəli gələ bilər.

Interpress.Az xəbər verir ki, Politoloq Elşən Manafov yayılan iddialar və siyasi fəallığın artması ilə bağlı fikirlərini Yenicag.az-la bölüşüb.

Politoloq bildirib ki, Azərbaycanda referendum keçirildikdən sonra iqtidarın növbədənkənar parlament seçkilərinə gedə biləcəyi ilə bağlı müəyyən açıqlamalar və çağırışlar oldu:

“O zaman hakimiyyət rəsmiləri, baş nazirin müavini, YAP-ın sözcüsü Əli Əhmədov bu məsələyə aydınlıq gətirdi ki, hakimiyyətin növbədənkənar parlament seçkiləri keçirməklə bağlı planları yoxdur. Hazırda Azərbaycan parlamentində qüvvələr nisbəti tam mənada hakimiyyəti qane edir. Hakimiyyətlə münasibətləri yaxşı olan bəzi müxalif partiyalar da parlamentdə təmsil olunur.

Sistemdən kənarda qalan müxalif partiyalar da var. Düşünürəm ki, bu partiyalar növbədənkənar parlament seçkilərinin keçirilməsinə maraqlı ola bilərlər. Bütün hallarda seçkilərin keçirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququ birinci növbədə prezidentin səlahiyyətlərinə aiddir. İkincisi Milli Məclisin sədrinin, üçüncüsü isə ən azı Milli Məclisin 42 deputatının imzasını bir yerə qoyduqdan sonra növbədənkənar parelament seçkilərinin keçirilməsi ilə bağlı qərar qəbul oluna bilər. Qanunvericiliyə görə, ən azı 300 min Azərbaycan vətəndaşının imzasından sonra növbədənkənar parlament sekilərinin keçirilməsi ilə bağlı təklif verilə bilər.

Hər halda parlamentdə qüvvələr nisbəti tam mənadə hakimiyyəti qane edir. Gələn il hazırkı parlamentin səlahiyyət müddəti bitir. Bu il bələdiyyə seçkilərinin keçirilməsi nəzərdə tutulub. Müxalifət özünün maliyyə resurslarına əlavələr, dəyişikliklər etmək istəyirsə, yaxşı olardı ki, çalışıb yerli bələdiyə orqanlarına seçkilərdə daha aktiv olsunlar. Bələdiyyə seçkilərində əldə edilmiş uğur müxalifətin parlament seçkilərinə tamamilə başqa formatda getməsinə həm hüquqi, həm siyasi zəmin yarada bilər. Müxalifət düşərgəsi bələdiyyə seçkilərinə hazırlaşsa və orada aktiv iştirak etsə daha məqbul olardı”.

Müxlifətin birliyinin yaranması məsələsinə gəldikdə isə Elşən Manafov bunları deyib:

“Müxalifətin öz daxilində bu birliyə qarşı çıxan təşkilatlar olub. Qarşıdan gələn prezident seçkiləri deyil ki, müxalifət bu seçkilərə vahid namizədlə getsin. Bütün siyasi partiyalar çalışacaq ki, seçkilərdə iştirak etsinlər və parlementdə təmsil olunsunlar. Azərbaycan müxalifətində Müsavat partiyası, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP və digər partiyaların siyasi blok məsələlərinə münasibəti bir qədər fərqlidir. Onların bu mövqeyi, karparativ maraqları müxalifətin toparlanmasına əngəl törədir.

Bütün hallarda müxalifət parlamentə blok şəklində gedə bilər. Əgər bu baş tutarsa, onların Milli Məclisdə təmsil olunmaq şansları da arta bilər”.

Bəzi nazirlərin vəzifələrindən azad edilmə ehtimalına gəldikdə isə Elşən Manafov qeyd edib ki, prezidentin siyasi kursuna sadiq qalan, etimadını qazanan nazirlər bundan sonra da işləyəcəklər:

“Prezidentin son bir neçə ildə həyata keçirdiyi kadr islahatlarını nəzərə alsaq, istisna deyil ki, Azərbaycan hakimiyyətində yeniliklər gətirmək, daha cavan bir nəsili gətirmək və müasir texnologiyalara işləyə bilən, fərqli baxışlara malik olan kadrların hakimiyətə gətirilməsi iqtidarın özünün də simasının, mahiyyətinin kifayət dərəcədə dəyişməsinə gətirib çıxarar.

Hakimiyyətin özünün də nisbətən cavanlaşmasına və yeni nazirlərin gətirilməsinə ciddi ehtiyac var. Ancaq bütün hallarda bu prezidentin səlahiyyətlərinə aid məsələlərdir”.




Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 76