“Damdayatan Nizam”ın daha bir qızının məhkəməsi başlayırbackend

“Damdayatan Nizam”ın daha bir qızının məhkəməsi başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın xəbərinə görə, narkotik maddə satmaqda təqsirləndirilən 1986-cı il təvəllüdlü Lamiyə Quliyevanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb. O, cinayət işində Ceyhun İsmayılovla birgə ittiham olunur.

Həmin şəxslərin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Əliövsəd Abasovuni craatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, ötən il Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində \”Kubinka\” adlanan yerdə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrlə 1986-cı il təvəllüdlü Quliyeva Lamiyə Nizam qızı saxlanılıb. O, marixuana, heroin, \”kokos\” (kokain), metamfetamin, \”spays\” qarışığı və digər narkotik vasitələrin ticarəti ilə məşğul olub.

Daha sonra C.İsmayılov da cinayət məsuliyyətinə cəlb edilib.

Xatırladaq ki, L.Quliyevanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva və bacısı Şəms Səmədova da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar. S.Səmədova da hazırda həbsdədir. Onun cinayət işi ayrıca icraata ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Interpress.Az