Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Dünya Bankından qlobal iqtisadi XƏBƏRDARLIQ

Dünya Bankı qlobal iqtidasiyyatda artan risklərlə bağlı “qara buludlar” bənzətməsi ilə xəbərdarlıq edib

Dərc edilib: 10 yanvar 2019 [10:29]
Baxış sayı: 3060

Bank qlobal iqtisadi görüntüsünü dəyərləndirdiyi illik hesabatında cari və gələn il üçün böyümənin ləng də olsa, davam edəcəyi təxminindədir.

Təxminə əsasən, bu il üçün proqnozlaşdırılan qlobal böyümənin ölçüsü 2.9, gələn il üçün isə 2.8 faizdir. Lakin ümumi mənada, nikbin təxminlərə ifrat aludə olmaq iqtisadi göstəricilərin daha da geridə qala biləcəyinə dair narahatlıqları artırır.

Dünya bankının hesabatında tamamilə yaxşı xəbərlər də var. Qlobal iqtisadiyyat yavaşlayır, lakin Bankın iqtisadiyyat üzrə mütəxəssisləri bunun böyük ehtimalla “yumşaq eniş” olacağını deyirlər. Ləngimə keçən ilin ortalarında başlayıb və proses indiyədək davamlı izlənilir. Proqnozlaşdırılan ləngimənin inkişaf etmiş ölkələrə, xüsusilə ABŞ-a təsir edəcəyi düşünülür. Lakin Dünya Bankının təxminlərinə görə yenə də, Amerika iqtisadiyyatının Avrozona və Yaponiyadan daha sürətlə böyüməsi gözlənilir.

Dünya Bankının proqnozlarında o da bildirilir ki, ABŞ-dakı iqtisadi ləngimə və prezident Donald Trampın vergi kəsintilərinin təsirini itirməsi səbəbi ilə böyümə 2021-ci ildən etibarən bu ilki 2.9 faizlik dərəcənin az qalsın, yarısına düşərək, 1,6 faiz geriləyəcək.

“Çində çarx dəyişikliyi”

Digər tərəfdən, Çində 2010-cu illərdə başlayan “soyumanın” davam etməsinə qarşılıq olaraq inkişaf etməkdə olan bazar və iqtisadiyyatlardakı böyümə də sürətlənəcək.

2021-ci ildə Çin iqtisadiyyatının 6 faiz böyüyəcəyi təxminində olan Dünya Bankının hesablamasına görə 6 faiz önəmli bir göstərici olsa da, 1980 və 2010-cu illər arasında ildə ortalama 10 faizlik artım faktı ilə müqayisə edərkən bu göstərici çox sönük qalır.

Çindəki siyasət barəsində fikir bildirən Dünya bankı iqtisadçısı və hesabatın əsas yazarı Franzikma Ohnsorge ingilis mətbuatına verdiyi açıqlamada qeyd edib ki, bu (proses) Çin siyasətinin yönləndirdiyi daha sabit və uzun müddətli böyümə üçün düşünülmüş ləngimədir.

Dünya bankının qlobal iqtisadiyyatın bir neçə il sonrası üçün çəkdiyi tablo bu olsa belə, görüntünün tamamilə bu cür ola bilməyəcəyinə işarə verən riskli hallar da var. Bu səbəbdən, cari ilki hesabatın başlığı da “Qaralmaqda olan buludlar”dır və biz bu qara buludların bəzilərini tanıyırıq.

Müşahidələr göstərir ki, beynəlxalq ticarət artıq indidən zəifləyir. Xüsusilə ABŞ ilə Çin arasındakı ticari toqquşmalar böyük risklərdən birinə çevrilib. ABŞ və Çin dünyanın iki ən böyük iqtisadi dövlətidir. Dünya bankı qlobal ticarətin 2,5 faizinin keçən il qoyulmuş gömrük vergilərindən təsirləndiyini də hesablayıb. Hətta gündəmdəki yeni gömrük vergiləri də əlavə edilərsə, bu göstərici iki dəfəyədək yüksələ bilər.

Müdafiə xarakterli risklərin yüksək olduğunun vurğulandığı hesabata əsasən Proteksionist siyasət bu iki iqtisadiyyat nəhəngi arasında olan fəaliyyətləri üstələyə bilər. Çində böyümənin ləngiməsi, xammal, enerji və metal ixrac edən, inkişaf etməkdə olan ölkələr üçün önəmli problemdir. Çünki Çin bu məhsulların əsas alıcılarından biridir.

Dünya bankının baş iqtisadçısı Franziska Ohnsorgenin fikrincə ABŞ və Çin qlobal ticarətin 20, qlobal ümumi gəlirin isə 40 faizini təşkil edir. Ohnsorge bu iki iqtisadiyyatın zərbə alacağı təqdirdə, bunun bütün dünya üzərində hiss ediləcəyini bildirir.

Dünya bankı bu iki iqtisadiyyatda da durğunluq gözləmir, hərçənd bəzi şərhçilər ABŞ-ın gələcək il durğunluq yaşaya biləcəyini qeyd edirlər. Bu baş verəcəyi təqdirdə, qlobal iqtisadi durğunluq riski də böyük nisbətdə artacaq. Hesabatda qlobal iqtisadi durğunluq riskinin 7 faiz olduğu bildirilir, ancaq ABŞ iqtisadiyyatı durğunluq dövrünə girərsə, bu nisbət 50 faizə qədər qalxacaq.

“Brexit” riski

Həmçinin o da qeyd olunur ki, maliyyə bazarları da mövcud riskli ehtimallardan biridir. Artıq öncədən proqnozlaşdırılmayan hadisələrin yaşanması riski yüksəlib. ABŞ-da faiz göstəricilərinin yenidən artacağı və ABŞ dollarının dəyərinın sürətlə qalxacağı təqdirdə bunun inkişaf etməkdə olan ölkələr mənfi təsirləri ola bilər.

Dünya bankının dəyərləndirilməsinə əsasən, Brexit də xüsusilə Avropaya ixracdan asılı ölkələr üçün ehtimalı bir risk hesab olunur. İngiltərə Avropa birliyindən müqaviləsiz çıxarsa, həm İngiltərə, həm də Avropa birliyinə önəmli iqtisadi zərərgəlmə riski var və bu haldan, Avropaya yaxından inteqrasiya olmuş şimali Avropa ilə Qərbi Afrika ölkələri təsirlənə bilər.

Bankın çəkdiyi nisbi optimistik rəsmə qarşılıq olaraq bəzi inkişaf etməkdə olan ölkələr üçün qanqaraldıcı bir vizual ortaya qoyulur. Qeyd olunan ölkələrdə adam başına düşən milli gəlirdəki artım, inkişaf etməkdə olan dövlətlər arasındakı fərqi gizlətmə prosesini başladacaq qədər yüksək olmayacaq.

Və Afrikanın alt-saharan ölkələrindəki inkişaf da böyük ehtimal ki, bir faizdən daha aşağı olacaq Bu göstərici isə yoxsulluğun yaradacağı təsirləri azaltmaq üçün yetərli deyil. (Sia)

Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 74