Baş nazir büdcəyə 1,4 milyon dollar zərər vurubbackend

Baş nazir büdcəyə 1,4 milyon dollar zərər vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə MTDK-nın mətbuat xidmətindən bildirilib.

Qurumun məlumatına görə, İsakov 2017-ci ildə keçmiş Prezident Atambayevin Aparat rəhbəri vəzifəsində işləyən zaman tarixi muzeyin yenidənqurulması ilə məşğul olan Türkiyə şirkətinə işləri sürətləndirmək tələbi ilə təzyiq göstərib.

Türkiyə tərəfi bundan sonra işləri davam etdirməkdən imtina edib və yenidənqurmaya heç bir dövlət satınalma proseduru icra edilmədən Almaniya şirkəti cəlb olunub. Bu şirkət isə daxili bazarda mövcud materialların qiymətindən çox yüksək olan bahalı avadanlıq və interyer predmetləri alıb.

Ötən ilin avqust ayında Qırğız Respublikası hökumətinə rəhbərlik edən S.İsakov iyunun 5-də hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb. (report)

Interpress.Az