Agentlik qeydiyyatdan keçməyən sahibkarları cərimələyirbackend

Agentlik qeydiyyatdan keçməyən sahibkarları cərimələyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az-ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən 1 iyul 2018-ci il tarixindən etibarən qida zəncirinin bütün mərhələlərində iştirak edən sahibkarlıq subyektlərinin qeydiyyatı və dövlət reyestrinin aparılmasına başlanılıb.

Bu məqsədlə ötən ilin dekabrın 31-dək qida sahəsində çalışan sahibkarlar qida təhlükəsizliyi qeydiyyatından keçməli idilər. Bununla bağlı agentlik tərəfindən maarifləndirici tədbirlər də aparılıb.

Öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyən və qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün Agentliyə müraciət etməyən sahibkarlıq subyektləri ilə bağlı, qanunvericiliyin tələbləri çərçivəsində tədbirlər həyata keçirilməyə başlanılıb. Belə ki, qeydiyyatdan keçməyən sahibkarlar İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələnəcəklər.

Qeyd edək ki, “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanunun 7.3-cü maddəsinə əsasən, qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış təsərrüfat subyektlərinin fəaliyyəti qadağandır.

“Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən (maddə 7), Azərbaycan Respublikasında qida məhsulları sahəsində çalışan subyektlərin fəaliyyəti qida təhlükəsizliyi üzrə mövcud texniki normativ hüquqi aktların tələblərinə, sanitar-gigiyena, baytarlıq və fitosanitar tələblərə uyğunluğunun təmin edilməsi məqsədi ilə yoxlanılır.

Yeyinti məhsulları ekspertizadan keçirilir və həmin subyektlər qida təhlükəsizliyi üzrə qeydiyyata alınır. Qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış subyektlər dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir.

Interpress.Az