“Trampı Rusiya seçib” iddiasını araşdıran prokurora – Ağır zərbəbackend

“Trampı Rusiya seçib” iddiasını araşdıran prokurora – Ağır zərbə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.Az xəbər verir ki, bu barədə prezidentin məsləhətçisi Rudolf Guliani “Röyters”ə açıqlamasında bildirib.

O, Trampın bundan sonra Müllerin sorğularına cavab verməyəcəyini və onun bu barədə məlumatlandırıldığını deyib.

Qeyd edək ki, Robert Müller Donald Trampın seçki kampaniyasının təşkilatçılarının Rusiya ilə gizli əlaqələrini və onun 2016-cı ildə keçirilmiş prezident seçkilərində Rusiya kəşfiyyatının müdaxiləsi ilə seçildiyi iddiasını araşdırır.

Hələlik Trampın kürəkəni Jared Kuşnerin də adının hallandırıldığı istintaq iddiası üzrə yetərli faktlar aşkar edilməyib.

Robert Müller isə bir neçə dəfə açıqlama yayaraq, belə bir faktın olduğunu bildirsə də, indiyədək bu barədə heç bir detal ortaya qoymayıb.

İddia sübut olunsa, Donald Tramp vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdırıla (impiçment) bilər. (teleqraf.com)

Interpress.Az