Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Türk ordusu görünməmiş müharibə hazırlığı içərisində

İndiyə qədərki ən böyük müharibə hazırlığı kimi dəyərləndirilən təlimə "Mavi Vətən" adı verilib

Dərc edilib: 10 yanvar 2019 [14:06]
Baxış sayı: 4139

Yunanıstan və Cənubi Kipr rəhbərliyinin işğal cəhdlərinə qarşı Türkiyənin müdafiə naziri Hulusi Akar bu ölkənin dəniz sularını "462 min kilometrlik mavi vətən" adlandırmışdı. "Mavi Vətən" təlimi 27 fevral – 3 mart tarixlərində keçiriləcək.

Təlimlərə Hərbi Dəniz Qüvvələrinin bütün bölmələrindən başqa, Hava və Quru qoşunlarının bəzi bölmələri də cəlb olunacaq. Təlimlər Egey və Aralıq dənizlərinin şərq sahilində, Yunanıstan və Kipr rəhbərliyinin sözdə "mübahisəli" kimi göstərdiyi ərazilər də daxil olmaqla, Türkiyə sahillərində keçiriləcək.

"Mavi Vətən", həmçinin uzun müddətdir ki, təlimlər keçirən Misir, Yunanıstan, İsrail və Cənubi Kipr rəhbərliyinə "əzələ nümayişi" anlamı da daşıyır. (sputnik.Az)


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 76