Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Səhiyyə Nazirliyindən ÖNƏMLİ AÇIQLAMA

Səhiyyə Nazirliyi Bakının müxtəlif yerlərində guya "donuz qripi”nə qarşı evlərdə dezinfeksiya işlərinin aparılması barədə yayılan xəbərlərə münasibət bildirib.

Dərc edilib: 10 yanvar 2019 [15:52]
Baxış sayı: 6757

Interpress.Az- xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən Medicina.az-ın soğrusuna cavab olaraq bildirilib ki, belə bir iş həyata keçirilmir: "Lazım olan zamanlarda gigiyena və epidemiologiya mərkəzləri xəstəxana və məktəblərdə dezinfeksiya işləri apara bilərlər. Ancaq evlərin dezinfeksiya edilməsi həyata keçirilmir”.

Nazirlikdən qeyd edilib ki, "donuz qripi” ilə əlaqədar Dövlət Gömrük Komitəsi və Səhiyyə Nazirliyi sərhəd-keçid məntəqələrində dezinfeksiya işləri aparır.

Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən əsasən avtomobillərin təkərləri dezinfeksiya edilir.

Eyni zamanda sərhəd-keçid məntəqələrində termokameralar quraşdırılıb, pasport qeydiyyatı zamanı insanların temperaturu qeydə alınır. Əgər hər hansı şəxsdə yüksək temperatur qeydə alınarsa, həmin şəxs tibb məntəqəsinə cəlb edilir, ən yaxın ərazidəki Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilir. Həmin şəxsdən qan nümunəsi götürülür və nümunə Taun Əleyhinə Stansiyaya göndərilir. Daha sonra analizin nəticəsi barədə həmin şəxsə məlumat verilir.

Yanvarın 7-nə olan statistikaya əsasən, sərhəd-keçib məntəqələrində 867 nümunə götürülüb, ancaq "donuz qripi” aşkarlanmayıb. Səhiyyə Nazirliyi nəzərə çatdırır ki, əgər gələcəkdə nümunələrin analizi zamanı xəstə şəxslər aşkarlanarsa, belə xəstələr üçün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu və 1 saylı şəhər klinik xəstəxanasında, uşaqlar üçün isə 7 saylı uşaq yoluxucu xəstəxanasında palatalar hazırlanıb.


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 74