Tayvanın Baş naziri Nazirlər Kabineti ilə birgə istefaya gedirbackend

Tayvanın Baş naziri Nazirlər Kabineti ilə birgə istefaya gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə Tayvanın Mərkəzi İnformasiya Agentliyi məlumat verib.

Baş nazirin gedişi gözlənilirdi. Çünki Uilyam Lay hələ ötən il noyabrın ayının sonlarında Demokratik İnkişaf Partiyası yerli seçkilərdə uduzduqdan sonra istefa ərizəsi yazmışdı, lakin həmin zaman istefa ərizəsi özü partiya sədri vəzifəsindən istefa verən Tayvan Administrasiyasının başçısı Tsai İnven tərəfindən qəbul edilməmişdi.

Ötən ilin dekabr ayında keçirilən seçkilərdə Demokratik İnkişaf Partiyası Tayvanın əksər inzibati vahidlərində əsas rəqibi olan Qomindan Partiyasından daha az səs toplayıb. Uilyam Lay əhalinin partiyasına olan güvəninin belə aşağı səviyyədə olmasına görə məsuliyyəti üzərinə götürüb və artıq Baş nazir postunda qala bilməyəcəyini söyləyib. (report)

Interpress.Az