Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rusiya 100 milyard dollarını xırdalayıb

“Bank Rusiya” 100 milyard dollarını yuana, yen və avroya çevirib, nəticədə, ABŞ dolları şimal qonşumuzun strateji ehtiyatlarındakı uzunmüddətli birinciliyini itirib.

Dərc edilib: 10 yanvar 2019 [16:57]
Baxış sayı: 5313

Interpress.Az xəbər verir ki, onun portfeldəki payı tarixi minimuma - 21,9%-ə düşüb.

Halbuki hələ 2018-ci ilin martında bu 43,7% təşkil edirdi.

Təkcə 2018-ci ilin aprel-may aylarında Rusiya sanksiyalara etiraz kimi malik olduğu, 81 milyard dollar dəyərində ABŞ dövlət istiqrazlarının faizsiz satışını həyata keçirib.

Bu informasiya isə ABŞ Maliyyə Nazirliyinin açıqlamalarından bəlli olub.

“Bank Rusiya”nın açıqladığı məlumata görə, dollarla olan ehtiyatlar 201 milyarddan 100 milyarda düşüb, avro ilə olan ehtiyatlar 44 milyard dollar artıb və 147 milyarda çatıb.

Eyni zamanda, Çin yuanına yatırımlar 44 milyard dollar artıb.

Üstəlik, Rusiya yapon yeni ilə rezerv saxlamağa başlayıb və ilkin həcmi 20,6 milyard dollardır.


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 74