Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Rusiyada azərbaycanlı sürücünün başını yardılar

Rusiyanın Kazan şəhərində taksi sürücüsü olan 41 yaşlı Azərbaycan vətəndaşını döyən şəxs saxlanılıb.

Dərc edilib: 10 yanvar 2019 [17:45]
Baxış sayı: 6585

Hadisə yanvarın 4-də Mavlyutova küçəsində qeydə alınıb.

“Naməlum şəxs tərəfindən döyülən Azərbaycan vətəndaşı açıq kəllə-beyin travması və boyun sümüyünün sınığı ilə xəstəxanaya yerləşdirilib. Polis hadisəni törətməkdə şübhəli bilinən 31 yaşlı digər taksi sürücüsünü yaxalayıb. Məlum olub ki, o, aralarında baş verən mübahisədən sonra azərbaycanlıya başından xəsarət yetirib”, - deyə Kazan polisindən bildirilib.

Faktla bağlı sağlamlığa ağır zərər vurma maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir. (virtualaz)


Interpress.Az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 76