Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Avropada totalitarizm muzeyi: 50 il sonra SSRİ-yə cavab

Praqa şəhər şurası keçmiş xəstəxana binasında totalitarizm muzeyinin açılması barədə qərar qəbul edib.

Dərc edilib: 11 yanvar 2019 [00:24]
Baxış sayı: 5438

Həmin tarixi binada 50 il əvvəl etirazçı tələbə Yan Palaxın intihar etdiyi deyilib.

Məlumata görə, əvvəllər xəstəxananın yerləşdiyi bina hazırda investorlara məxsusdur və orada otelin açılması planlaşdırılmışdı.

Lakin şəhər şurasının üzvləri sözügedən binanın tarixliyini əsas gətirirək oranın ya muzey, ya da mədəniyyət mərkəzinin olmasını istəyiblər.

Xatırladaq ki, 20 yaşlı tələbə Yan Palax SSRİ qoşunlarının və digər Varşava paktı ölkələrinin Çexoslovakiyanı işğalına qarşı mübarizə simvoluna çevrilmişdi. 1968-ci ildə qoşunların ölkəyə daxil olmasından bir neçə ay sonra bu gənc oğlan işğala etiraz əlaməti olaraq şəhərin mərkəzi meydanında özünü yandırıb. Palax dərin yanıq xəsarətləri ilə haqqında bəhs edilən xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Onun dəfninə o zaman iki yüz min insanın qatıldığı deyilmişdi. (axar)

Interpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 74