Azərbaycanlı qadın Rusiyada nəvələrini oğurladıbackend

Azərbaycanlı qadın Rusiyada nəvələrini oğurladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bununla bağlı Rusiyanın Federal Xəbər Agentliyi mənbəyə istinadən məlumat yayıb.

Bildirilib ki, 1962-ci il təvəllüdlü azərbaycanlı qadın Omsk vilayətində həbsdə olan oğluna baş çəkməyə hazırlaşıb. Bunun üçün o, 2011 və 2013-cü il təvəllüdlü olan iki nəvəsini götürərək, yanvarın 5-də qatara əyləşib.

Yanvarın 6-dan isə onlardan heç bir xəbər alınmayıb. Sonuncu dəfə qadını nəvələri ilə birlikdə yanvarın 9-da Dağıstanın Qızılyurd şəhərində görüblər.

Faktla bağlı araşdırmalara başlanılıb. (oxu)

Interpress.az