Nazirlik kəndlilərə xəstə heyvanlar verdi – Azərbaycanda BİABIRÇILIQ – FOTObackend

Nazirlik kəndlilərə xəstə heyvanlar verdi – Azərbaycanda BİABIRÇILIQ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi özünüməşğulluq proqramının icrası çərçivəsində layihə qalibi olan və təsərrüfata sahib işsiz vətəndaşlara ailəsini maddi baxımdan təmin etmək üçün heyvanlar verilib. Bu heyvanların isə hamısı xəstədir\”.

İnterpress.az xəbər verir ki, Yevlax rayonunun Malbəyi kənd sakinləri müraciət edərək onlara aidiyyatı dövlət qurumlarından kömək etmələrini istəyirlər. Adıçəkilən kənd sakini Mahmudov Sərvər Mahir oğlu ona və bir neçə şəxsə xəstə heyvan verildiyindən şikayətçidir:

\”Yevlax rayon məşğulluq mərkəzinə işsiz kimi qeydiyata düşdüm. Özünüməşğulluq proqramına qoşuldum və imtahanlardan uğurla keçdim. 01.01.2018-ci il Cənab Prezdentin qərarına uyğun olaraq 35.8 milyon özünüməşğulluq proqramlarına vəsait ayrıldı. Mənim biznes planımda 5000 manat dəyərində iki baş yanı balalı heyvan qeyd olunmuşdu. Nazirliyin nümayəndəsi bizdən imtahan götürən zamanda təsdiqlədi ki, sizin öz seçiminizlə biznes plana uyğun olaraq 2 baş yanı balalı heyvan qeyd edilib. Lakin 05.10.2018-ci ilde tıra doldurulmuş şəkildə mənə heyvan gətirdilər. Bu heyvanların dəyəri bazarda 400-500 manatdır. Bu heyvanlar xəstə, yararsız və balaları satılmış heyvanlar idi. Sonradan öyrəndim ki, heyvanları bizə təqdim edənlər nazirliyin işçiləri deyillər. Onlar Bərdə rayonunda olan mal bazarındakı heyvan alverçiləri imiş. Onlar özlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri kimi təqdim etmişdilər. Amma əslində biznes planda 5000 manat yazılıb. 2500 manata iki baş yanı balalı heyvan qanunla mənim yanımda alınmalı idi. Amma nazirlik özü bizdən xəbərsiz bu cür işbazlıq edib, heyvan gətirdi. Hamısı xəstə malıdır. Aran rayonlarında bunlar əmələ gələ bilməz .Bu heyvanların bağırsaqları pozulduğu üçün çölə qan gedirlər. Hətta bir neçə nəfərə verilən heyvanlar tələf olub. Balaları satıldığı üçün inək özü-özünü əmir. Bununla bağlı aidiyyatı qurumlara müraciət etsək də, hələ də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi susaraq bu məsələyə münasibət bildirmir. Məndən əlavə 6 nəfər də şikayətçidir\”.(Unikal.org)

Nazirlik kəndlilərə xəstə heyvanlar verdi - Azərbaycanda BİABIRÇILIQ - FOTO

Nazirlik kəndlilərə xəstə heyvanlar verdi - Azərbaycanda BİABIRÇILIQ - FOTO

Nazirlik kəndlilərə xəstə heyvanlar verdi - Azərbaycanda BİABIRÇILIQ - FOTO

Nazirlik kəndlilərə xəstə heyvanlar verdi - Azərbaycanda BİABIRÇILIQ - FOTO