Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Gürcüstanda qripdən ölənlərin sayı 15-ə çatıb

Gürcüstanda qripin ağır formasından ölənlərin sayı 15-ə çatıb.

Dərc edilib: 11 yanvar 2019 [20:39]
Baxış sayı: 5418

Bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze məlumat verib.

O bildirib ki, mövsümi qripdən ölənlərin 5-i Acarıstan Muxtar Respublikasının paytaxtı Batumi şəhərinin payına düşüb.

Mərkəz direktoru qeyd edib ki, qriplə bağlı xəstəxanalara yerləşdirmə halları 616-dan 845-ə qədər, reanimasiya şöbələrində olanların sayı isə 39-dan 44-ə qədər artıb.

Hazırda qonşu ölkədə 100 min sakinə 256 qripə yoluxan şəxs düşür.(report)

Interpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 74