Rusiyada Ayaz Mütəllibovun məscidi bağlandı – VİDEObackend

Rusiyada Ayaz Mütəllibovun məscidi bağlandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyasının paytaxtı Moskvada azərbaycanlılara məxsus məscid bağlanıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Otradnıy rayonunda azərbaycanlılara məxsus “İnam” cümə məscidi bağlanıb. Məscidə giriş yanvarın 1-də müsəlman azərbaycanlıların cümə namazına getdiyi zaman qadağan olunub. Bundan sonra inanclı şəxslər məscidin qarşısında toplaşaraq etiraz ediblər.

Məlumata görə, məscid onu azərbaycanlılara icarəyə verən tatar mənşəli Rəşid adlı sahibi tərəfindən bağlanıb.

Sözügedən məscidin bağlanması ilə bağlı İnterpress.az-a açıqlama verən diaspor məsələləri üzrə ekspert Toğrul Allahverdili bildirib ki, həmin ibadət ocağında əvvəllər də oxşar problemlər mövcud olub. Onun sözlərinə görə, hər dəfə də azərbaycanlı müsəlmanlar etiraz edərək haqqlarını tələb edib və istədiklərinə nail olublar: \”Məscidin sahibi tatar əsilli biznesmendir. O, həmin məscidi icarəyə verib. İllər öncə həmin tatar Otradnıy rayonunda torpaq sahəsini alaraq ərazidə kilsə, sinaqoq və məscid tikdirib. Həmin məscidin tikintisində Azərbaycanın eks prezidenti Ayaz Mütəllibovun da əməyi keçib. Sabiq prezident məscidin inşası üçün sərf müəyyən qədər vəsait verib. Hazırda məscidin icarədarı olan tatar ibadət ocağını azərbaycanlı müsəlmanların əlindən almaq istəyir\”.

Qeyd edək ki, “İnam” məscidi azərbaycanlı dindarların Moskvada toplaşdığı yeganə məsciddir.