Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Bu şəxslərdən biri AŞ-ın baş katibi olacaq

Avropa Şurasının baş katibi vəzifəsinə namizədlərin adları açıqlanıb.

Dərc edilib: 12 yanvar 2019 [09:30]
Baxış sayı: 3877

Avropa Şurasının (AŞ) baş katibi vəzifəsinə namizədliyin irəli sürülməsinin müddəti başa çatıb.

İnterpress.az “Report“a istinadən xəbər verir ki, Avropa Şurası Nazirlər Komitəsinin bürosuna təqdim edilmiş son siyahıda 4 nəfərin adı var.

Bunlar Belçika Baş nazirinin müavini, müdafiə naziri, xarici işlər və Avropa məsələləri üzrə naziri Didier Reyners, Litvanın keçmiş Baş naziri Andriues Kibilius, Yananıstan parlamentinin üzvü, keçmiş xarici işlər naziri Dora Bakoyannis və Xorvatiya Baş nazirinin müavini, xarici işlər və Avropa məsələləri üzrə naziri Marija Pejvinovic Buricdir.

Bu ilin mart ayında AŞ Nazirlər Komitəsi hər bir namizədi ayrı-ayrılıqda müsahibə etdikdən sonra Avropa Şurası Parlament Assambleyasına (AŞPA) son qərarını bildirəcək. Seçkilər bu ilin iyun ayında keçiriləcək, yeni baş katib isə öz səlahiyyətlərinin icrasına oktyabrın 1-dən başlayacaq.

Qeyd edək ki, Avropa Şurasının baş katibi Törbyorn Yaqlandın səlahiyyəti bu il başa çatır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 74